Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər

Tarix: 7 Iyul 2021 12:39

Deputatlar Bolqarıstan və Moldovada parlament seçkilərini izləyəcəklər.

Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcək.

Millət vəkili seçkiqabağı durum, məntəqələrdə yaradılmış şəraitlə yaxından tanış olacaq, seçkinin gedişatını izləyəcək, vətəndaşların fəallığını müşahidə edəcək.

Səfər iyulun 13-də başa çatacaq.

Həmçinin Milli Məclisin bir qrup deputatı Moldovada keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün iyulun 8-də ölkənin paytaxtı Kişinyov şəhərinə səfər edəcəklər.

Millət vəkilləri Sabir Hacıyev Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə komitəsinin, Jalə Əliyeva MDB Parlamentlərarası Assambleyasının xətti ilə, Elnur Allahverdiyev GUAM Parlament Assambleyasının missiyasında, Elşad Mirbəşir oğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi tərəfindən prosesə qatılacaqlar.

Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların fəallığını izləyəcəklər. Səfər iyulun 13-də başa çatacaq.

Milli.Az


Etiketlər:  Deputatlar Bolqarıstan Moldovada parlament seçkilərini izləyəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ