Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 16:08
Daşkəsənin Çıraqlı kəndinin sakinləri yol probleminə görə çətinlik çəkirlər.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Çıraqlı kəndinə getmək üçün yalnız bəzi avtomillərdən istifadə edilir.
Kənd yolu bərbat vəziyyətdə olduğundan hər maşınla bu kəndə gedib-gəlmək mümkün olmur.
Yolun olmaması sakinlərə problemlər yaradır.
Problemə münasibət bildirən kənd icra nümayəndəsi Ramiz İsmayılov yolun bir neçə dəfə daxili imkanlar hesabına hamarlandığını bildirib.
Ramiz İsmayılov, sakinlərin onu tapa bilməməklə bağlı şikayətlərini əsassız hesab edib.
2012-ci ildə ayrılmış dövlət vəsaiti hesabına kəndə yol çəkilişinin niyə başa çatdırılmaması məsələsinə isə aydınlıq gətirən olmayıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: