Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Tarix: 8 Iyul 2021 16:02

Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.

Ədliyyə Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, artıq məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

"Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir.

Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir. Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib".


Etiketlər:  Azərbaycanda məhkumların faizi vaksin olunub RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ