Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronda daş sexinin fəaliyyəti sakinlərə narahatlıq yaradır - VİDEO

Abşeronda daş sexinin fəaliyyəti sakinlərə narahatlıq yaradır - VİDEO

Tarix: 9 Iyul 2021 11:30

Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən daş sexindən çıxan toz dumanı evlərə dolur. Bu da ətrafda yaşayan sakinlərin narazılığına səbəb olur. 

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki,sakinlər bildirilər ki, yaşadıqları evin bir neçə metrliyində daş sexi fəaliyyət göstərir. Gecə-gündüz sexdən çıxan toz dumanı onların evlərinə dolur. 

Sakinlər dəfələrlə aidyyəti qurumlara məlumat versələr də, onlara cavab verən olmayıb.

Məsələyə aydınlıq gətimək üçün həmin sexə baş çəkdik. Rəhbərlikdən heç kəsi tapa bilməsək də, sexdə çalışan fəhlələrdən biri obyektin Çavuş adlı bir nəfərə aid olduğunu dedi.

Obyektdən "Xəzər Xəbər"ə şifahi olaraq bildirildi ki, onlar tezliklə başqa əraziyə köçəcəklər. Bununla da vətəndaşların narazılığına son qoyulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Abşeronda daş sexinin fəaliyyəti sakinlərə narahatlıq yaradır VİDEO


RƏYLƏR