Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çinin dünyanı xilas edəcək layihəsi...

Çinin dünyanı xilas edəcək layihəsi...

Tarix: 9 Iyul 2021 21:30

Çin Yer kürəsini asteroidlərdən qorumaq üçün hazırladığı planı ictimaiyyətə təqdim edib.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, bu barədə Çin Milli Kosmik Elm Mərkəzinin tədqiqatçıları məlumat yayıb.

Məlumata görə, "Bennu" asteroidinin 2175-2199-ci illər arasında planetimizlə toqquşma ehtimalı 1/2700 olaraq hesablanır. Çin 900 tonluq raketlə "Bennu"nun yolunu dəyişdirə biləcəyini açıqlayıb.

"Deyli Meyl" qəzetinə görə, çinli alimlərin modellərinin eyni vaxtda 23 raket zərbəsinin qarşısını ala biləcəyi ehtimal edilir.

Alimlər həmin raket zərbələrinin "Bennu"nu trayektoriyasından 5.592 mil (təxminən 9000 kilometr) uzaqlaşdıra biləcəyini iddia edir.


Etiketlər:  Çinin dünyanı xilas edəcək layihəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ