Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xanım sürücü sükan arxasında yuxulayıb, avtomobili mağazaya girib - Bakıda - FOTO

Xanım sürücü sükan arxasında yuxulayıb, avtomobili mağazaya girib - Bakıda - FOTO

Tarix: 9 Iyul 2021 23:22

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, "KİA" markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Milli.Az


Etiketlər:  Xanım sürücü sükan arxasında yuxulayıb avtomobili mağazaya girib Bakıda FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ