Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2021 22:10
Türkiyənin milli müdafiə sənayesinin istehsalı olan "Sancak" yeni nəsil elektron döyüş sistemi qardaş ölkənin Silahlı Qüvvələrinə təslim edilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tviterdəki hesabında məlumat verib.
Yüksək sürətli "Sancak" sistemi geniş zolaqda çıxış gücünə, müxtəlif növ və rejimlərdə manevr, aldatma, elektron dəstək vermək, avtomatik əlaqə qurmaq kimi imkanları ilə Türkiyə Silahlı Qüvvələrinin zərbə gücünü daha da artıracaq.