Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 12:10
Dörd il öncə Hindistanın Maharaştra ştatında qeydə alınmış dəhşətli cinayət hadisəsi üzrə məhkəmə işi başa çatıb.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, 35 yaşlı Sunil Rama Kuçkoravi asılma üsulu ilə ölüm hökmünə layiq görülüb.
2017-ci ilin avqustunda o, yaşlı anasını öldürərək, daxili orqanlarını çıxarıb və qızardaraq yeyib. Cinayətkarın içki düşgünü olduğu və bu əsasda anası ilə daim mübahisə etdiyi bildirilib.
Hökmü oxuyan hakim qeyd edib ki, bu cinayət Hindistanda ictimai şüuru silkələyib.