Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2021 14:36
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Monteneqronun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcək.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".