Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2021 11:14
Tovuz döyüşlərindən 1 il ötür. Bir neçə gün davam edən döyüşlər zamanı hücum cəhdinin qarşısı alınıb, düşmənə sarsıdıcı zərbələri endirilib. Ordumuzun gördüyü cavab tədbirləri nəticəsində böyük itki verən düşmən geri çəkilməyə məcbur edilib. Ordumuz düşmənin 100-ə qədər canlı qüvvəsini, çoxlu sayda hərbi texnikasını və mühüm obyektlərini məhv edib. General-mayor Polad Həşimov və daha 11 hərbçimiz şəhid olub. Əməkdaşlarımız Tovuz hadisələrinin ildönümü ilə bağlı Tovuzda, döyüşlərin getdiyi ərazilərdə olublar. Həmin gün Tovuz hadisələrinin şahidi olan hərbçilər, kənd sakinləri "XəzərXəbər"ə danışıblar .
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Tovuz döyüşlərindən bir il ötür. 2020-ci ilin iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan -Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini koud şəkildə pozdu.
Düşmən əvvəlcə yüngül atıcı silahlardan 60, 82 , 120 millimetrlik minatanlar və daha iriçaplı digər ağır artilleriya qurğulardan istifadə etməklə mövqelərimizi və sərhədboyu bir sıra yaşayış məntəqələrimizi Ağdam, Dondar Quşçu , Əliibəyli , Vahidli , Yuxarı Öysüzlü və Aşağı Öysüzlü atəşə tutub.
Həmin gün Tovuz hadisələrinin şahidi olan hərbçilər ilk dəfə həmin anları Xəzər Xəbərə danışdılar.
Tovuz döyüşlərinin ən böyük itkisi isə Korpus komandirinin müavini, general-mayor Polad Həşimovun şəhid olması idi. Bu hadisə Azərbaycan xalqında həm kədər yaratdı, ancaq eyni zamanda da düşmənə olan nifrəti və qələbəyə olan inamı dəfələrlə artırdı. Bu hadisə onu açıq şəkildə ortaya qoymuşdu ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün savaşdan başqa yolu qalmayıb. Azərbaycanın milli qəhrəmanı general-mayor Polad Həşimovun şəhid olduğu gün baş verənləri bu anın şahidi olan hərbçilər belə xatırlayır.
Bizim arxamızda onların Berd rayonudu, Berd rayonunun Çinarlı və Musaxeç kəndləridir. Bizim durduğumuz hazırdakı yerlə onların postunun arası 54 metrdir.
Ermənistan ordusundan fərqli olaraq qürurverici hal o idir ki, Azərbacanı general və zabitləri əsgərlər bir yerdə səngərdə idilər.Gördüyünüz bu ərazidə Azərbaycanın Milli Qəhrəmanı General-mayor Polad Həşimov, Milli qəhrəman , polkovnik İlqar Mirzəyev və döyüş yoldaşları şəhid olublar.
Ermənistan açıq döyüşdə Azərbaycana uduzacağını bildiyi halda hilyəgərcəsinə təxribata əl ataraq məhz Azərbaycan Ermənistan sərhəddində yerləşən Tovuzu seçdi.Məqsəd KTMT-nı prosesə cəlb etmək və Azərbaycanın mövqelərini zəiflətmək idi. Ancaq Azərbaycan ordusu düşmən təərfə layqili cavab verərək bu planı boşa çıxardı.
Qeyd edək ki, döyüşlər zamanı yaşayış məntəqələri və qeyri-hərbi obyektlərin intensiv atəşə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına və fərdi mülklərə eləcə də infrastruktur obyektlərinə ziyan dəymişdi. Artilleriya atəşi nəticəsində iyulun 14-də Tovuz rayonun Ağdam kənd sakini , 1944-cü il təvəllüdlü öz evində Əziz Əzizov həlak olub.
Vətən müharibəsində Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə indi nəinki Tovuzda, eləcə də Ermənistanla sərhəddə yerləşən bütün yerlərdə sabitliyin qarantıdır. Tovuz döyüşləri Azərbaycan xalqının vətən müharibəsinə səfərbər olunması üçün çox önəmli tarixi hadisə kimi həmişə yaddaşlarda qalacaq.