Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda elektron tədris belə idarə olunacaq - Zamanın tələbi

Azərbaycanda elektron tədris belə idarə olunacaq - Zamanın tələbi

Tarix: 13 Iyul 2021 12:34

Azərbaycanda "Education 4.0" platformasında "Data Mining" (məlumat hasilatı) texnologiyasının tətbiqi ilə elektron tədrisin idarə olunmasının səmərəliliyinin artırılması üsulları hazırlanır.

Bu barədə Sonxeber.net-a Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan bildiriblər.

İnstitudan qeyd edilib ki, "Education 4.0" platformasında "Data Mining" və "Big Data" kimi texnologiyaların tətbiqi zamanın tələbidir: "Bu sahənin öyrənilməsi Azərbaycan təhsil sektorunun vacib elementidir. Tədqiqatların nəticələrinin təhlili tələbələrin bilik səviyyəsinin proqnozlaşdırılmasında, tələbələrin daha səmərəli təhsili üçün fərdi yanaşmanın müəyyən edilməsində kömək edəcək".

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda, həmçinin "Big Data" texnologiyasının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması üçün alqoritm və üsullar hazırlanır.

İnstitut Avstraliya Federal Universiteti ilə birgə tədqiqatlar aparır.


Etiketlər:  Azərbaycanda elektron tədris belə idarə olunacaq Zamanın tələbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ