Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Aprel 2019 08:04
Bakı. Elçin Mehdiyev - Trend:
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü – sonuncu yarış gününə start verilir.
Trend-in məlumatına görə, bu gün Formula 2 pilotlarının ikinci yarışı keçiriləcək.
Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Start xəttində birinci mövqedə “Merdeces”in pilotu Valtteri Bottas, ikinci - “Merdeces”in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə “Ferrari” təmsilçisi Sebastian Fettel dayanacaq.
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin