Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 14:50
Dövlət İmtahan Mərkəzi tərəfindən 14 iyulda keçirilən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının nəticələrinin elan olunacağı vaxt açıqlanıb.
DİM-dən Sonxeber.net-a verilən məlumata görə, iyulun 15-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.