Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

32 yaşlı Göyçay sakini itkin düşüb

32 yaşlı Göyçay sakini itkin düşüb

Tarix: 14 Iyul 2021 19:48

Göyçay rayonu Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu  iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Etiketlər:  yaşlı Göyçay sakini itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ