Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində əhaliyə COVID-19-a qarşı vurulan peyvəndin sayı 1,4 milyard dozanı ötüb

Çində əhaliyə COVID-19-a qarşı vurulan peyvəndin sayı 1,4 milyard dozanı ötüb

Tarix: 14 Iyul 2021 21:56

Çində COVID-19 infeksiyasına qarşı vaksinasiya çərçivəsində indiyədək əhaliyə 1,4 milyard doza peyvənd vurulub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir.

Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının sayı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 20 milyon doza peyvənd vurulur.

Qeyd edək ki, 1,4 milyard nəfər əhalisi olan Çinin səlahiyyətli qurumları ilin sonunadək əhalinin 70-80 faizini koronavirus əleyhinə peyvəndləməyi hədəfləyib. Vaksinasiyanın hazırki tempin və indiyədək 1,4 milyard doza peyvəndin vurulduğunu nəzərə alsaq, Çin hökumətinin qarşıya qoyulan hədəfə çatacağına şübhə qalmır.

Vaksinasiya prosesində yerli "Sinopharm" və "Sinovac" şirkətlərinin istehsalı olan ikidozalı 3 inaktiv, habelə "CanSino" şirkətinin birdozalı rekombinant adenovirus peyvəndindən istifadə olunur.


Etiketlər:  Çində əhaliyə COVID qarşı vurulan peyvəndin sayı milyard dozanı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ