Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avro-2020-nin finalında irqçi ifadələr işlədən 4 nəfər həbs edildi

Avro-2020-nin finalında irqçi ifadələr işlədən  4 nəfər həbs edildi

Tarix: 15 Iyul 2021 20:26

İngiltərə polisi Avro-2020-nin finalında İtaliya ilə matçda (əsas və əlavə vaxt - 1:1,   penaltilər seriyası - 2:3) millinin penaltini dəqiq yerinə yetirməyən üzvləri Markus Reşford, Bukayo Saka və Ceydon Sançoya qarşı irqçi ifadələr işlədən 4 nəfəri həbs edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sports"a Britaniya polisi Konstabl Marks Roberts məlumat verib. İnsanlara qarşı irqçi ifadələr işlədilməsinin yolverilməz olduğu və bu səbəbdən 4 nəfərin  həbs edildiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl Markus Reşforda irqçi təhqir mesajları yazan 50 yaşlı kişinin də məsuliyyətə cəlb olunduğu açıqlanmışdı.

Milli.Az


Etiketlər:  Avro 2020 nin finalında irqçi ifadələr işlədən 4 nəfər həbs edildi


RƏYLƏR