Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2021 22:42
Tibb işçilərinin peyvəndlənməsi məcburidir, sərhədlərdə nəzarət gücləndiriləcək, COVID-19 epidemiyası ilə bağlı PCR testləri ödənişli olacaq, ictimai yerlərdə (restoranlarda, ticarət mərkəzlərində, xəstəxanalarda və qatarlarda) avqustun əvvəlindən sanitar pasport (PCR testləri, peyvənd) tələb olunacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron televiziya vasitəsilə vətəndaşlara müraciətində bildirib.
O, ölkədə koronavirusun yenidən yayılmasının qarşısının alınması istiqamətində bir sıra tədbirlər görüləcəyini qeyd edərək, bu gündən sentyabrın 15-dək peyvəndin məcburi olduğunu bildirib. Sentyabrdan etibarən Fransada PCR testinin ödənişli olacağını bildirən Makron fransızları peyvənd olunmağa çağırıb. Həmçinin bildirilib ki, iyulun 21-dən teatr, konsert, festivallarda və attraksion parklarında sanitar pasport tələb olunacaq. Ölkədə 50 nəfərdən çox insanın toplaşdığı məkanlara COVID pasportu olmadan girişə icazə verilməyəcək.
Koronavirusun yenidən yayılması nəticəsində Fransanın Martinik və Reünyon departamentlərində fövqəladə sanitar vəziyyət elan edilib və iyulun 13-dən komendant saatı yenidən tətbiq olunub.
Epidemiyanın iqtisadiyyata təsirindən söz açan E.Makron bu istiqamətdə müəyyənləşdirilmiş planlardan danışıb. Koronavirus epidemiyasından əvvəl ölkədə aylarla davam edən nümayişlərə səbəb olan pensiya islahatına toxunan Prezident mövcud pensiya rejiminin qəbuledilməz olduğunu bildirib. "Uzun ömür yaşayırıq, ona görə uzun müddət işləməli və təqaüdə gec çıxmalıyıq", - deyə Fransa Prezidenti diqqətə çatdırıb. O, Dövlət Şurasının pensiya islahatlarına yenidən baxacağını qeyd edib.