Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Binaları zəlzələlərdən qorumaq üçün yeni material hazırlanıb

Binaları zəlzələlərdən qorumaq üçün yeni material hazırlanıb

Tarix: 15 Iyul 2021 23:56

Rusiyanın Vyatka Dövlət Universitetinin alimi zəlzələlər zamanı binaların əlavə seysmik təhlükəsizliyini təmin edə bilən analoqu olmayan xususi tərkibə və bərkliyə malik olan material hazırlayıb. Material Madrid Politexnik Universitetində uğurla sınaqdan keçirilib və İspaniyalı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dünya tədqiqatçıları bina və tikililəri zəlzələ zamanı dağılmaqdan qorumağın təsirli yollarının axtarışındadır. Xüsusi sistemlərdə zəlzələlər zamanı enerji xüsusi cihazlara - seysmik amortizatorlara ötürülür. Bunlar məsələn, konstruksiyanın vibrasiyasını kontrol edən xüsusi tərkibə və bərkliyə malik olan danperlərdir. Madrid Politexnik Universitetinin alimləri tərəfindən yaradılan perspektivli yenilik seysmik danperdir, o, konstruksiyanın seysmik qorunmasını təmin edəcək. Yeni danper "boru içərisində boru" prinsipi ilə hazırlanıb və iki içi boş struktur hissələrdən ibarətdir. Testlər yeniliyin effektivliyini göstərib, quruluş zəlzələyə davamlı olub.

Milli.Az


Etiketlər:  Binaları zəlzələlərdən qorumaq üçün yeni material hazırlanıb


RƏYLƏR