Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərmansız qalan şəkər xəstəsi - VİDEO

Dərmansız qalan şəkər xəstəsi - VİDEO

Tarix: 16 Iyul 2021 11:56

Baş həkim problemin müvəqqəti olduğunu bildirdi

Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Azərbaycanda ildən-ilə sayı artan diabet xəstələrinin dövlət qeydiyyatına alınmasından sonra lazımi dərman preparatları, şəkər ölçən aparat, insulin iynələri və striplərlə təminatı Səhiyyə Nazirliyinin dövlət proqramı çərçivəsində pulsuz həyata keçirilir. Hər ay şəkər xəstələri qeydiyyat üzrə yaşayış ərazisindəki poliklinikaya gedərək, endokrinoloq tərəfindən müayinə olunur, dərmanlar yazılır və uzun uzadı növbələrdən keçərək su-hava kimi vacib olan dərmanını ala bilir. Elə 63 yaşlı Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini Pənah İbrahimov da 2016-cı ildən şəkər xəstəsi kimi qeydiyyata düşüb və elə o vaxtdan da dövlət tərəfindən pulsuz olaraq diabet dərmanları ilə təmin edilir. Amma son 4 ayda diabet xəstəsi olan Pənah İbrahimov bu dərmanları almaqda çətinlik çəkir.

Şəkərli diabet xəstəsi olan Pənah İbrahimovun üzləşdiyi problemə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Cəsur Paşayev aydınlıq gətirdi. O bildirdi ki, son vaxtlar Səhiyyə Nazirliyi tərəfindən verilən şəkərli diabet xəstələrinin dərman preparatlarında müəyyən miqdarda çatışmazlıqlar var. Bəzi vətəndaşlar da sözügedən dərmanlara görə gec müraciət edirlər və onların əvəzediciləri ilə təmin olunduqda narazılıqlarını bildirirlər. Bu hal müvəqqətidir və tezliklə aradan qaldırılacaq.


Etiketlər:  Dərmansız qalan şəkər xəstəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ