Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Falkaodan ilk dəfə “Qalatasaray” açıqlaması

Falkaodan ilk dəfə “Qalatasaray” açıqlaması

Tarix: 10 Avqust 2019 12:04

“Qalatasaray”da oynamaq karyeramın hazırkı dönəmində həyacanverici olar. Türkiyədə futbola böyük maraq var. Bu da futbolçuları motivasiya edən faktdır”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qalatasaray”a transferi gümdəmdə olan “Monako”nun hücumçusu Radamel Falkao “FOX Sport”a açıqlamasında deyib.

Kolumbiyalı 33 yaşlı oyunçu bildirib ki, müqavilə imzalanmayana qədər transferi tamamlanmış saymaq olmaz: “Monako”da məşqlərdə iştirak etdiyimdən hadisələrdən kənar durmağa çalışdım. Ümid edirəm, transfer ən qısa zamanda həllini tapacaq”.

“TRT Spor”un xəbərinə görə, Falkao avqustun 12-də İstanbula gedərək “Qalatasaray”la müqavilə imzalayacaq.

 


Etiketlər:  Falkaodan ilk dəfə Qalatasaray açıqlaması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ