Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Laçından qovulan ermənilər Paşinyandan ev tələb edir

Laçından qovulan ermənilər Paşinyandan ev tələb edir

Tarix: 16 Iyul 2021 15:30

Erməni mediası yazır ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində xüsusi məskunlaşma proqramı çərçivəsində ümumilikdə İrəvan və Ermənistanın müxtəlif regionlarından 10 minədək adam məskunlaşdırılıbmış. Onlar əsasən əkinçilik və heyvandarlıqla məşğul olublar.

Sonxeber.net xəbər verir ki, Ermənistan hökuməti müharibədən sonra Azərbaycanın Laçın rayonunda məskunlaşmış erməni sakinləri qəbul edib. Onları baş nazirin müavini Mqer Qriqoryan qəbul edib. Onlar bir həftə əvvəl hökumət evinin qarşısında etiraz aksiyası keçirmişdilər.

Qeyd edək ki, vaxtilə xüsusi məskunlaşma proqramı çərçivəsində Ermənistandan Laçına köçürülmüş bu şəxslər, 44 günlük son Qarabağ savaşından sonra yenidən Ermənistana dönüblər və vaxtaşırı paytaxt İrəvanda etiraz aksiyaları keçirirlər. Aksiyaçılar onlara ya kompensasiya, ya da Qarabağda yox, Ermənistanda-90-cı illərdə köçdükləri yaşayış məntəqələrində ev verilməsini tələb edirlər. Aksiyaçıların sözlərinə görə hökumət onlara 7-10 gün içində konkret cavab verməlidir. Mənbənin yazdığına görə, hökumət hazırda bu şəxslərə 20 min dollar civarında yardım verilməsinin mümkünlüyünə baxır. Bu vəsait yalnız ev almaq üçün nəzərdə tutulur.

"İrəvanda nə işimiz var? Bizə torpaq sahəsi olan ev lazımdır ki, əkib yaşaya bilək, əkib-bicməyə öyrəşmişik", deyə Armen Çomoyan adlı sakin deyir. İndi sakinlər ümid edirlər ki, hökumət bu dəfə məsələnin həllini yubatmayacaq, nəsə bir qərar çıxaracaq.

Kamran Seyidov


Etiketlər:  Laçından qovulan ermənilər Paşinyandan tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ