Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bloqer canlı yayım zamanı həbs olundu - VİDEO

Bloqer canlı yayım zamanı həbs olundu - VİDEO

Tarix: 16 Iyul 2021 19:20

Dina Stars" kimi tanınan məşhur kubalı "YouTube" bloqeri Dina Fernandez canlı yayım zamanı saxlanılıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki,  Fernandez müğənni Yotuel ilə birlikdə Kubada hökumət əleyhinə etirazlarla bağlı İspaniyanın "Kanal 4" televiziyasına müsahibə verərkən hüquq mühafizəçiləri onun evinə daxil olublar.

"Dövlətin təhlükəsizlik qüvvələri buradadır. Mən getməliyəm", - deyən bloqer reportajını yarımçıq qoyur. Onun dostu kamera və mikrofonu açıq qoyaraq kompüteri başqa otağa aparır. Bir neçə dəqiqə sonra bloqer geri qayıdaraq polisin onu aparmağa gəldiyini deyir.

Həbs anı videoya çəkilməsə də, nəşrin məlumatına görə, qıza qarşı güc tətbiq edilib.

Sonradan azadlığa çıxan bloqer sosial şəbəkə hesabında özü barədə məlumat verib.

Qeyd edək ki, iyulun 12-də Kubada hakim Kommunist Partiyasına qarşı uzun illərdən bəri ilk dəfə kütləvi etirazlar fonunda ölkədə fövqəladə vəziyyət elan edilib. Mövcud hökumətin müxalifləri azad seçkilər və COVID-19 pandemiyasına qarşı mübarizə üçün daha qəti addımlar tələb edirlər. Aksiyalar fonunda təhlükəsizlik qüvvələrinin qoşunları və əlavə bölmələri ölkənin paytaxtına toplanıb.


Etiketlər:  Bloqer canlı yayım zamanı həbs olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ