Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 21:52
Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın qiymətlərində olub.
Dövlət Statistika Komitəsindən Sonxeber.net-a verilən məlumata götə, bu dövrdə ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə edilib.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.