Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda marketdə halı pisləşən oğlan həkim səhvindən öldü? - ŞOK İDDİA - YENİLƏNİB - VİDEO

Bakıda marketdə halı pisləşən oğlan həkim səhvindən öldü? - ŞOK İDDİA - YENİLƏNİB - VİDEO

Tarix: 17 Iyul 2021 13:36

13:35

Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Qeyd edilib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənci oölanın ürəyi səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva "Report"a açıqlamasında bildirib ki, hadisə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

"Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlərin çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilinmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar".

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

"Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub".

12:49

Bakıda tükürpədici hadisə baş verib.

Sonxeber.net-ın xəbərinə görə, paytaxtda marketlərdən birində gənc oğlanın halı qəfil pisləşərək yıxılıb. Hadisə şahidlərinin sözlərinə görə, çağırılan Təcili Tibbi Yardım 5 dəqiqə sonra hadisə yerinə gəlsə də, həkim 45 dəqiqə ürəyi "masaj" edir, amma cavan oğlan dünyasını dəyişir. 

Bu barədə aparıcı Firuzə Cəlilova (Fira Cəlilova) məlumat verib.

Məhəmməd Vaqif


Etiketlər:  Bakıda marketdə halı pisləşən oğlan həkim səhvindən öldü ŞOK İDDİA YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ