Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 11:34
1990 və 2000-ci illərin məşhur rok qrupu "Blink-182"nin vokalisti və baş gitaraçısı Mark Hoppus uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, xəstəlik musiqiçinin bütün bədəninə yayılıb. Çətin günlər yaşadığını deyən amerikalı musiqiçi sağalma ehtimalının olmadığını bildirib:
"Dördüncü dərəcəli lenfoma xərçəngi diaqnozu qoyulub. Belə deyim, xərçəng bədənimdə dörd fərqli yerə yayılıb. Bu, ən yüksək səviyyədir. Kimyaterapiyaya getməliyəm, amma bilmirəm, xeyri olacaq, ya yox. Bu ərəfəni tamamlamalıyam. Əhvalım yerindədir. Xərçəngə qalib gələcəm. Zamana ehtiyacım var".