Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi - FOTO

Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi - FOTO

Tarix: 20 Iyul 2021 10:42

Britaniyalı məşhur müğənni Adel NBA-nın final seriyası matçında fotoqrafların obyektivinə tuş gəlib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, onun görünüşü sosial şəbəkələrdə mübahisələrə səbəb olub.

33 yaşlı məşhur Finiksdə keçirilən "Finiks Sans" və "Miluoki Baks" komandaları arasında görüşə baxmağa gedib.

O, qara şalvar-köynəkdə və uzun paltoda olub. Müğənninin imicini qara çanta və halqa sırğalar tamamlayıb.

Oxucuların bəziləri şərhlərdə onun görünüşünü tənqid ediblər:

"Əvvəllər onu çox sevirdim", "Basketbol oyunu üçün nə qədər gülünc bir geyim", "Çox çəki itirib və indi xəstə görünür".

Digərləri isə ulduzu tərifləyiblər:

"Adel təəccübləndirir", "O, həqiqətən əla görünür. Həmişə onun gözəl üz cizgilərinə, xüsusən də gözəl gözlərə sahib olduğunu düşünürdüm və çəkisini itirməsi bunu yalnız vurğulayır".


Etiketlər:  Adelin arıqlamış görüntüsü pərəstişkarlarını narahat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ