Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi

Tarix: 20 Iyul 2021 17:14

Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər mübarizəyə qoşulub.

Yusif İsparov debütdə erməni güləşçiylə gərgin keçən görüşdə əzmkar qələbə qazanıb.

Elman Məmmədov startda Fransa təmsilçisinə qalib gəlib.

Abdulrəhman İbrahimov ilk mərhələdə ABŞ təmsilçisindən güclü olub. Növbəti görüşdə isə erməni rəqibini xalçadan məyus yola salıb.

İlkin Ağayev debütdə türkiyəli həmkarıyla bacarmayıb.

45 kq

1/8 final: Yusif İsparov - Hayko Qasparyan (Ermənistan) 4:3

1/4 final: Yusif İsparov - Uilyam Baset (ABŞ)

51 kq

1/8 final: Elman Məmmədov - Seyfulla İtayev (Fransa) 5:4

1/4 final: Elman Məmmədov - Əli Mahmud Xurramdel (İran)

60 kq

Təsnifat: Abdulrəhman İbrahimov - Erik Mantanona (ABŞ) 6:2

1/8 final: Abdulrəhman İbrahimov - Hakob Davtyan (Ermənistan) 4:2

Milli.Az


Etiketlər:  Güləşçilərimiz erməni rəqiblərini məğlub etdi


RƏYLƏR