Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Az yatmaqla sağlam qalmaq mümkündürmü?

Az yatmaqla sağlam qalmaq mümkündürmü?

Tarix: 20 Iyul 2021 21:21

Yaxın vaxtlarda Avstraliya alimləri yuxudan məhrum olan insanların xərçəng və ya ürək-damar xəstəliklərindən ölmə ehtimalı digər insanlardan daha yüksək olduğunu bildirmişdi. Bu elədə sensasiyalı xəbər deyil, çünki yuxu çatışmazlığının zərəri bir çox elmi işlər zamanı sübut edilmişdir. Yetkin insanlara təcili olaraq optimal yuxu rejiminə sahib olmaq tövsiyə olunur, bəs əgər insan iş və ya başqa bir səbəblə bunu edə bilmirsə nə etməlidir? Xoşbəxtlikdən alimlər işgüzar insanların sürdükləri həyat tərzinə əsasən tezliklə ölümlə üzləşməyəcəklərini qeyd edir - gün ərzində kifayət qədər fiziki aktivliyi saxlamaqla, yuxu çatışmazlığının ziyanını minimuma endirmək mümkündür.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, yuxu çatışmazlığının vurduğu ziyanlar haqqında 5 milyon insanın məlumatlarına əsaslanan 153 araşdırmanın nəticələri göstərilir. Uzun müddət yuxu çatışmazlığı şəkərli diabet, yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri, piylənmə və s. xəstəliklərə səbəb ola bilər. Elmi işlərdən birinin gedişində 7 saatdan az yuxu yatan insanların, daha artıq yuxu yatan insanlara nisbətən soyuqdəyməyə daha çox həssas olduğu sübut edilib. Yuxu və fiziki aktivliyi olmayan insanlar digərlərindən daha çox ürək-damar və digər xəstəliklərdən əziyyət çəkirlər. Bununla belə, insanlar kifayət qədər yatmasa, eyni zamanda aktiv həyat tərzi sürsə, digərlərinə nisbətən təhlükəli xəstəliklərlə az uzləşər. Söhbət gündəlik 150 dəqiqə orta və ya 75 dəqiqəlik aktiv fiziki aktivlikdən gedir. Əgər insan tez-tez yuxusuzluqdan əziyyət çəkirsə, gün ərzində aktiv yeriməklə (fitness qolbaqlardan istifadə edərək gündə 10.000 addım piyada yerimək) məşğul olmaq tövsiyə olunur. Bunu yüngül idman növü ilə də əvəz etmək olar.


Etiketlər:  yatmaqla sağlam qalmaq mümkündürmü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ