Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyədə 1600 yaşı olan mozaika tapılıb - FOTO

Türkiyədə 1600 yaşı olan mozaika tapılıb - FOTO

Tarix: 21 Iyul 2021 23:36

Türkiyənin Muğla şəhərində yerləşən Eskihisar məhəlləsindəki UNESCO tərəfindən dünya maddi miras siyahısına daxil edilən qədim "Qladiatorlar şəhəri" adlandırılan Stratonikeia antik şəhərində aparılan qazıntı işləri zamanı təbii daşlardan mozaika tapılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mozaikanın üstündə Roma və Bizans imperatorluqları dövrünə aid yazılar da var. Çoxrəngli mozaika qrupuna daxil olan 1600 yaşlı bu əl işi dövrünün ən qiymətli və nadir əsərindəndir.

Qeyd edək ki, tarix turizmi Türkiyədə bu sahədə ən inkişaf etmiş bölmədi. Tarixsevərlər üçün daim yenilik etməyi bacaran Türkiyənin aidiyyəti qurumları antik şəhərlərdə apardıqları qazıntı və bərpa işləri ilə turistlər üçün yeni-yeni cəlbedici məkanlar yaradırlar. Stratonikeia antik şəhəri bu sahədə daim liderliyi saxlayır.

Milli.Az


Etiketlər:  Türkiyədə 1600 yaşı olan mozaika tapılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ