Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2021 15:38
Müğənni Lerzan Mutlu Alişanın qardaşı Səlçukun cənazisinə qatılmayan həmkarlarını qınayıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Lerzan dəfn mərasimində iştirak etməyənlərin ünvanına ağır ittihamlar səsləndirib. O paylaşımlarında ad çəkməsə də Seda Sayan və Demet Akalına işarə etdiyi açıqca görünüb.
"Ölünün üstündən belə gündəm olmaq üçün yalan xəbər verirsiniz! Ayıb olsun hamınıza! Evdə də, cənazədə də görmədim sizi, istirahətlərini yarımçıq qoyub geri qayıtmayan saxta qəhrəmanlar! İnsanları aldadan saxta qəhrəmanlar! Heç olmasa burada reklam etməyin. Yazıqlar olsun!
Susun da insanlar acılarını yaşasın! Həqiqətən acınacaqlı vəziyyətdəsiniz. Hətta buradan belə reklam üçün mövzu çıxarırsınız. Siz necə insansınız?!" deyə, Lerzan yazıb.
Qeyd edək ki, müğənni Alişanın qardaşı Selçuk Tektaş koronavirusdan vəfat edib.