Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu da Ruhi Əliyevanın əkizləri - FOTO

Bu da Ruhi Əliyevanın əkizləri - FOTO

Tarix: 27 Iyul 2021 03:35

Biznes ledi Ruhi Əliyevadan xəbər var.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Ruhi sosial media hesabında yeni foto paylaşıb. Fotoda Ruhinin övladları Muhamməd və Həsən yer alıb. O, fotonu paylaşaraq özladlarının üzünü gizli saxlayıb. Ruhi özladlarını doğum günü münasibəti ilə təbrik edib:

"Candan ötə can varmış, onun da adı övladmış... 9 il bundan öncə, bu gün, sizinlə birlikdə yenidən doğuldum mən. Məhz sizin sevginizlə daha səbrli, daha mərhəmətli, daha gözəl duyğulara sahib oldum. Səsinizlə, gülüşünüzlə, bütün hər şeyinizlə məni dünyanın ən xoşbəxt qadını edib, dünyada mənə cənnəti yaşatdınız, Muhammədim və Həsənim. Bir sözlə sizin gəlişinizlə tamamlandım mən...Həyatda ən böyük arzularım məhz sizinlə bağlıdır. Allah sizi yolunuzdan , xeyirxah əməllərinizdən, xoş niyyətinizdən, din-imanınızdan, vətən sevgisindən, heç zaman çaşdırmasın. Doğum gününüz mübarək, can parçalarım. Sizə olan sevgim, dualarım sonsuzdur. AIlah bütün balaları qorusun, arzusunda olan hər kəsə bu şirin paydan qismət etsin. Amin!"

Milli.Az


Etiketlər:  Bu da Ruhi Əliyevanın əkizləri FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ