Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 08:10
ABŞ-ın Nyu-York şəhərində bələdiyyə işçiləri sentyabr ayının ortasına qədər koronavirusa qarşı vaksinasiyadan keçməlidirlər.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu məcburiyyətlə razılaşmayanlar hər həftə testdən keçməli olacaqlar.
Bildirilib ki, bu məcburiyyət müəllimlər və polislər də daxil olmaqla, bələdiyyəyə bağlı 340 min işçiyə aiddir.
Qeyd olunub ki, yoluxma sayındakı artıma baxmayaraq, hələlik qapalı məkanlarda hər kəsin maska istifadə etməsi ilə məcburiyyət tətbiq etməyi düşünmürlər.
Vaksinasiydan keçməyənlər üçün qapalı məkanlarda maska taxmaq məcburidir.