Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? - DİN-dən CAVAB

COVID-19 pasportu olmadan toyda pul yazdırıb çıxmaq olar? - DİN-dən CAVAB

Tarix: 27 Iyul 2021 10:06

"Şəxs toy zalına daxil olursa, iştirakçı hesab edilir".

Sonxeber.net qafqazinfoya istinadən xəbər verir ki, bunu DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev şəxslərin toy mərasiminə qatılmadan beş dəqiqəlik hədiyyəni verib çıxması ilə bağlı suala cavabında deyib.

E.Hacıyev bildirib ki, məkana daxil olan şəxs müvafiq yoxlamadan keçdiyi üçün şənlik iştirakçısı sayılır:

"O, hədiyyəni zala qədər olan məsafədə də təqdim edə bilər. Mütləq qaydada qanunvericilik norması konkret göstərir: 50 nəfərdən 150 nəfərədək şəxslərin şənlik mərasimlərində iştirakı zamanı 18 yaşından yuxarı olan bütün şəxslər tam vaksinasiyadan keçməlidir. Pandemiya şəraitində bu normalar hər bir vətəndaş tərəfindən gözlənilməlidir".


Etiketlər:  COVID pasportu olmadan toyda yazdırıb çıxmaq olar DİN dən CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ