Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çip defisiti 2023-cü ilə kimi uzana bilər

Çip defisiti 2023-cü ilə kimi uzana bilər

Tarix: 27 Iyul 2021 21:20

Yarımkeçirici çiplərin çatışmazlığı 2023-cü ilə kimi davam edə bilər.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bunu "Intel" şirkətinin baş direktoru Pet Qelsincer deyib.

Onun sözlərinə görə, tələb defisiti artıq bu ilin sonuna azalmağa başlayacaq: ""TMSC" və "Intel" istehsal güclərini artırsa da, yeni zavodların tikintisinə bir neçə il sərf oluna bilər".

Qeyd edilir ki, çiplərin qlobal çatışmazlığı bir sıra cihazların qiymətinin artmasına səbəb olub. Mühüm hissələrin yoxluğu istehsalatın dayanmasına gətirib çıxardığına görə iri avtomobil konsernləri daha çox zərər görüblər.

Xatırladaq ki, 1968-ci ildə təsis edilən "Intel" dünyanın ən aparıcı kompüter hissələri istehsalçılarından biridir. Şirkət mikroprosessorlar da daxil olmaqla geniş spektr elektron cihazlar buraxır.


Etiketlər:  Çip defisiti 2023 ilə kimi uzana bilər


RƏYLƏR