Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rektorun müşavirinin bıçaqlanma səbəbi bilindi

Rektorun müşavirinin bıçaqlanma səbəbi bilindi

Tarix: 28 Iyul 2021 12:22

Bakı Dövlət Universitetinin rektor müşavirinin bıçaqlanma səbəbi məlum olub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.

Dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.

Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb.

Hazırda müşavir Mirzə Mirzəyev xəstəxanada müalicə olunur. İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 12-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.


Etiketlər:  Rektorun müşavirinin bıçaqlanma səbəbi bilindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ