Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 8-ə çatıb

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 8-ə çatıb

Tarix: 1 Avqust 2021 21:32

Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı 8, xəsarət alanların sayı isə 864 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Bundan əvvəl meşə yanğınları nəticəsində 6 nəfərin öldüyü, 410 nəfərin xəsarət aldığı deyilirdi.

"Manavqatdakı yanğınlar nəticəsində 7 ölən vətəndaşımız var. Yanğında xəsarət alan 507 nəfərdən 497-si evə buraxılıb. Marmaris və Bodrumda baş verən yanğınlarda xəsarət almış 203 nəfərdən 186-sı evə buraxılıb. Marmarisdə bir nəfər ölüb. Mersində yanğında xəsarət alan 154 nəfərin hamısı müalicəsi bitdikdən sonra evə buraxılıb", - deyə F.Koca "Twitter" səhifəsində yazıb.

Ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirlinin daha əvvəl bildirdiyinə görə, Antalya və Muğla kurort vilayətlərində baş vermiş 5 yanğın lokallaşdırılana qədər Türkiyədə son günlərdə 107 meşə yanğını söndürülüb.

Milli.Az


Etiketlər:  Türkiyədə meşə yanğınları nəticəsində ölənlərin sayı çatıb


RƏYLƏR