Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ebru Gündeş ifası ilə qalmaqal yaratdı

Ebru Gündeş ifası ilə qalmaqal yaratdı

Tarix: 2 Avqust 2021 19:26

Bodrumda səhnəyə çıxan Ebru Gündeş illərdir repertuarında olan "Yakarım bilirsin" mahnısını səsləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, atyor, aparıcı Berna Laçin Türkiyədə günlərdir davam edən yanğınların fonunda Ebrunun bu mahnıya üstünlük verməsini birmənalı qarşılamayıb:

"Yalıkavakdakı Ebru Gündeş proqramında "Yakarım, Romayı da yakarım" bütün şəhəri inlədərkən, eyni dəqiqələrdə Bodrum tək təbii qalmış kəndi Mazi yanğından təxliyə edilir. Şiddət filmi olsa, bu qədər olmazdı".

Bernanın paylaşımına cavab isə Ebrunun həmkarı Gülben Ergendən gəlib:

"Bu necə bir şərhdir. O səhnədə aylardır yaşamaq üçün mübarizə aparan musiqiçilər var. Sosiallaşmaq, musiqi və sənət üçün darıxanlar var. Qadağalar yeni aradan qaldırıldı. Bu acı ilə ölkə yanarkən, hamımız pərişankən provokasiya etmək sənə heç yaraşmadı".

Milli.Az


Etiketlər:  Ebru Gündeş ifası ilə qalmaqal yaratdı


RƏYLƏR