Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 11:40
Tokio Yay Olimpiya Oyunlarında yüngül atletika yarışları davam edir.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, qadınların maneələrlə 400 m məsafəyə qaçışında medalçılar müəyyənləşib. Sidni Maklaflin (ABŞ) dünya rekordunu yeniləyərək (51.46), Olimpiya çempionu olub. Onun həmyerlisi Dalayla Muhammad (51.58) gümüş, Niderland təmsilçisi Femke Bol (52.03) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Sidni Maklaflin daha öncə də bu növdə dünya rekordunun (51.90) sahibi idi.