Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rihanna milyarder oldu

Rihanna milyarder oldu

Tarix: 5 Avqust 2021 05:34

"Forbes" jurnalı məşhur müğənni Rihannanı milyarder elan edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, nəşrin məlumatına görə, o, 1.7 milyard dollar sərvətə malikdir.

Əsl adı Robin Fenti olan ifaçı dünyanın ən zəngin qadın musiqiçisi Opra Uinfridən sonra ən varlı qadın ulduzdur.

Rihannanın sərvətinin 1,4 milyard dolları hazırda 50 faiz paya sahib olduğu "Fenty Beauty" markasından gəlir. Varidatının qalan hissəsini iç geyimləri markası "Savage x Fenty", eyni zamanda musiqi və aktyorluq karyerasından qazanıb.

O, markalarının tanıtımını 102,5 milyon izləyicisi olan tvitter və 101 milyonluq İnstaqram hesabları üzərindən edir.

Milli.Az


Etiketlər:  Rihanna milyarder oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ