Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2021 23:10
Ermənistanın Müdafiə naziri Arşak Karapetyan Ermənistan sərhədini keçmək istəyən Azərbaycan hərbçilərinin məhv edilməsi barədə əmr verib.
Sonxeber.net konkret.az-a istinadın bildirir ki, Karapetyan bunu Müdafiə Nazirliyinin bu gün keçirilən kollegiyasının iclasında deyib. Arşak Karapetyan çıxışında tabeçiliyində olan əsgərlərə Ermənistan sərhədini keçməyə çalışan Azərbaycan hərbçilərinə dərhal atəş açmağı və hər vasitə ilə məhv etməyi ciddi şəkildə əmr edib.
Karapetyan birlik komandirlərinə qəti xəbərdarlıq edib. O eyni zamanda erməni komandirlərin bir santimetr belə irəliləyən Azərbaycan hərbçilərinə görə sərt şəkildə cəzalandırılacaqlarını deyib.
Görünür Ermənistanın müdafiə naziri yeni vəzifəsində özünü nəsə etməyə çalışırmış kimi göstərməyə, həm hökumət, həm də xalq arasında xal qazanmağa cəhd göstərir. Ancaq müharibədə məğlub duruma düşən və darmadağın edilən bir ordunun başçısının bu populist çıxışının boş söz yığını olduğu göz önündədir. Digər tərəfdən Karapetyanın "dəmir yumruq" üçün darıxdığını da deyə bilərik. Çünki bu çıxışın, eləcə də verilən əmrin ona və erməni hərbi birləşmələrinə baha başa gələcəyini təsəvvür etmək elə də çətin deyil.