Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək

Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək

Tarix: 6 Avqust 2021 20:40

Avropa İttifaqı (Aİ) Qazaxıstanda quraqlıqdan zərər çəkənlərə dəstək olmaq üçün 200 min avro humanitar maliyyə yardımı ayıracaq.

Milli.Az bildirir ki, Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, Mangistau və Türküstanın quraqlıqdan ən çox təsirlənmiş bölgələrində təxminən 6 min adam yardım alacaq. Avropa İttifaqı quraqlıq nəticəsində dolanışıq və qida qaynaqlarının itirilməsindən sonra gündəlik ehtiyaclarını ödəmək üçün ən çox zərər çəkənlərə Qazaxıstanın Qızıl Aypara Cəmiyyəti tərəfindən təcili yardımın göstərilməsini dəstəkləyir.

Qeyd edək ki, bu yay güclü istilər üzündən Qazaxıstanda təbii su hövzələri və otlaqlar quruyub. Bir çox rayonlarda heyvanlar aclıqdan həlak olub. Quraqlıq, gəlir mənbəyi tamamilə heyvandarlıqdan asılı olan ölkədə təxminən 70 min insana təsir edib.

Milli.Az


Etiketlər:  Avropa İttifaqı Qazaxıstana quraqlıqla mübarizə məqsədilə humanitar yardım edəcək


RƏYLƏR