Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı

Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı

Tarix: 6 Avqust 2021 23:02

Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan karateçisi Rafel Ağayevin karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində çıxış edən idmançı 2025-ci ildə idmançı kimi fəaliyyətini dayandırmaq istədiyini bildirib.

O, daha sonra öz məktəbinı açmaq barədə planlarının olduğunu söyləyib: "Karateni hər gün öyrənirsən. Biliklərimi gənclərə çatdıracağam. Ölkəmizə Avropa, dünya və olimpiya çempionları bəxş etmək istəyirəm".

Qeyd edək ki, Rafael Ağayev 5 dünya, 11 qat Avropa çempionudur.

Milli.Az


Etiketlər:  Rafael Ağayev karyerasını bitirəcəyi vaxtı açıqladı


RƏYLƏR