Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ”da növbəti itkilər

“Qarabağ”da növbəti itkilər

Tarix: 13 Avqust 2019 23:52

Çempionar Liqasında mübarizəni dayandıran “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununa ciddi itkilərlə çıxacaq.

Qol.az xəbər verir ki, Riçard Almeyda və Rahil Məmmədov bu matçı buraxacaq.

Hər iki futbolçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin bu gün APOEL-lə keçirilən cavab matçında cəzalı duruma düşüb. Gənc müdafiəçi sarı vərəqə limitini doldurubsa, braziliyalı yarımmüdafiəçi qırmızı vərəqə alaraq cəzalandırılıb.

Xatırladaq ki, Ağdam klubunun digər müdafiəçisi Bədavi Hüseynov və yarımmüdafiəçisi Filip Ozobiç zədəlidir.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsində  "Linfild" (Şimali İrlandiya) - "Sutyeska" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun avqustun 22-də səfərdə, cavab matçı bir həftə sonra Bakıda olacaq.
 


Etiketlər:  Qarabağda növbəti itkilər


RƏYLƏR