Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çıxıqlar və sınıqlar zamanı ilk tibbi yardım

Çıxıqlar və sınıqlar zamanı ilk tibbi yardım

Tarix: 8 Avqust 2021 06:06

Yay fəsli uşaqlara həyətlərdə bol oynama sevinci ilə bərabər, bəzi təhlükəli anlar yaşadan bir fəsildir. Yay aylarında uşaqlar arasında baş verən xəstəliklərin siyahısında travmalar birinci yerdə durur.
Bu travmaların çoxu çıxıqlar və sınıqlardan ibarətdir.
Oynaq sümükləri uclarının oynaq boşluğunda yerdəyişməsi zamanı çıxıq baş verir. Belə halda oynaq kisəsinin tamlığı pozulur, bəzən isə oynaq bağları qırılır. Oynaqlarda ağrıların olması, hərəkətin çətinləşməsi, oynağın formasının dəyişilməsi, adi vəziyyətdə dayanmaması, oynaqda çıxığın baş verməsini göstərir. Oynaqda çıxıq baş verərkən ətrafları immoblizasiya etməklə (tərpənməz hala salmaqla) oynağı rahat vəziyyətə qoyub sarıyırlar. İri oynaqlarda çanaq, bud, diz, bazu oynaqları, habelə onurğaarası oynaqda çıxıq baş verdikdə isə zədələnmiuş adama ağrıkəsici dərman vurmaq məsləhət görülür.
Onurğaarası oynaqlarda çıxıq baş verdikdə xəstəni bərk lövhədə arxası üstə uzadıb xəstəni həkimə aparmaq lazımdır.
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil və ya velosiped qəzaları zamanı sümüklərdə sınıqlar baş verir. Qapalı sınıqlar zamanı dərinin tamlığı pozulmur, açıq sınıqlar zamanı isə dəridə yaralanmalar baş verir.
Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli vəziyyət aşkar olduqda dərhal həkimə müraciət etmək lazımdır. Sınıqlar zamanı ilk tibbi yardım sınan nahiyyəni tərpənməz hala gətirməkdən ibarətdir. Xəstənin zədələnmiş nahiyyəsini tərpətmədən həkimə çatdırmaq lazımdır.


Etiketlər:  Çıxıqlar sınıqlar zamanı tibbi yardım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ