Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pike Messi ilə belə vidalaşdı

Pike Messi ilə belə vidalaşdı

Tarix: 8 Avqust 2021 15:26

"Barselona"nın futbolçusu Jerar Pike Lionel Messinin klubu tərk etməsi ilə bağlı fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ispaniyalı müdafiəçi İnstaqram hesabında argentinalı hücumçu ila vidalaşıb:
 
"Heç nə eyni olmayacaq. Nə "Kamp Nou", nə "Barselona, nə də biz. Bir-birimizi 2000-ci ildən tanıyırıq. Necə möhtəşəm bir karyeradır. Təsəvvür etmək mümkünsüzdür. Rosariodan Roma zəfərinə qədər. Necə gözəl şeylər yaşadıq... İndi ayrılırıq, ancaq bir gün "Barselona"ya qayıdacağına ümid edirəm".

Qeyd edək ki, Messinin PSJ-yə keçəcəyi gözlənilir.

Milli.Az


Etiketlər:  Pike Messi ilə belə vidalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ