Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA

DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA

Tarix: 9 Avqust 2021 11:50

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Sonxeber.net-a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

"Nəticədə H.Heybətov qadını hərəkətdə olan avtomobildən yola atıb. Hadisə Quba rayonu ərazisində baş verib. N.Sarxanova xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə hüquqi qiymət veriləcək".


Etiketlər:  DİN dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ