Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 09:02
İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu bəyan edib ki, Yer əvvəllər hesab edildiyindən daha sürətlə isinir.
Bu barədə qrupun hesabatında bildirilir.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, fəlakətli sonluqdan yayınmaq imkanı getdikcə azalır. Artıq planetdə orta hərarət 1,1 dərəcə artıb. Bu isə o deməkdir ki, istənilən halda ən geci 2040-cı ilədək Yer 1.5 dərəcəyədək isinəcək. Lakin əgər karbon tullantıları bugünki templə davam edərsə, o zaman həlledici 1,5 dərəcə səviyyəsi daha tez aşılacaq.
Belə olan halda dünya ölkələrində daha intensiv təbii fəlakətlər - qasırğalar, quraqlıqlar, sel və yanğınlar müşahidə olunacaq.