Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yaponçik"in qatili tutuldu: Moskvaya aparılır...

Tarix: 10 Avqust 2021 17:32

Abxaziyada adam öldürməkdə təqsirli bilinən Astamur Butba saxlanılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, mərhum kriminal avtoritet "Yaponçik"in qətlində təqsirli bilinir. İstintaq Astamur Butbanın "Yaponçik"i qətlə yetirməsini sübut edib.

Məlumata görə, hadisə 2009-cu ilin iyul ayında, Moskvanın "Xoroşevski" şossesindəki "Tayski slon" kafesində baş verib. Araşdırmalar nəticəsində məlum olub ki, "Yaponçik" həmin kafedən çıxarkən A.Butba onu snayper tüfəngi ilə güllələyərək öldürüb.

Hazırda Astamur Butba polis tərəfindən saxlanılıb və Moskvaya aparılır.

Milli.Az


Etiketlər:  Yaponçikin qatili tutuldu Moskvaya aparılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ