Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2021 17:48
Koronavirus yoluxmalarının artdığı vaxtda ABŞ-da bir taksi şirkətinin atdığı addım hər kəsi təəccübləndirib.
Sonxeber.net lent.az-a istinadən məlumat verir ki, taksi şirkətinin sahibi Çarlie Bullinqton peyvənd edilən və maska taxan müştəriləri avtomobillərinə götürməyəcəklərini açıqlayıb.
Peyvəndlərə qarşı olduğunu söyləyən Bullinqton, "Avtomobillərimizdə maskaların istifadəsinə icazə vermirik. Eyni zamanda, peyvəndlərə qarşıyıq və peyvənd olunan insanların maşınlarımızda olmasını istəmirik "sözləri ilə gündəmi alt-üst edib.
Əldə edilən məlumata görə, bəzi müştərilər şirkətdən aldıqları maskalanma əleyhinə mesajlardan şikayət ediblər.