Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızını öldürüb, 5-ci mərtəbədən atdı - Dəhşətli qətlin təfərrüatı

Qızını öldürüb, 5-ci mərtəbədən atdı - Dəhşətli qətlin təfərrüatı

Tarix: 10 Avqust 2021 19:50

Ana qızını təklif etdiyi varlı insanla evlənməkdən imtina üçün qardaşının köməyi öldürüb cəsədini beşinci mərtəbədən atıb.

Sonxeber.net ölke.az-a istinadən xəbər verir ki, hadisə Misirin paytaxtı Qahirənin Al-Basatin rayonunda baş verib.

"Gulf News"un xəbərinə görə, hadisə ilə bağlı ana saxlanılıb. Ana belə bir hadisənin baş verdiyini etiraf edərək deyib ki, 17 yaşlı qızı özünə qəsd edərək, beşinci mərtəbədən atıb.

Lakin polis sonradan müəyyən edib ki, qız anasının bəyəndiyi əqli cəhətdən zəif, lakin zəngin bir adamdan evlilik təklifindən imtina etdiyinə görə, anası və dayısı tərəfindən ölənədək döyülüb.

Qızın ölümündə şübhəli bilinən dayısı cəsədin adi tibbi müayinə olmadan dəfn üçün icazə almağa cəhd edib, ancaq səhiyyə əməkdaşlaır hadisənin cinayət motivindən şübhələnərək yerli polisə xəbər verib. Bununla da hadisənin üstü açılıb. Polis ana və dayını həbs edib.


Etiketlər:  Qızını öldürüb mərtəbədən atdı Dəhşətli qətlin təfərrüatı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ